Torbada pişiklər varmış… (Felyeton)
Son vaxtlar Gürcüstan azərbaycanlılarının arasında aravuranlar yaranıb. Bəzi bu “tülkülər” adlandırdığımız aravuranlar bir-birilərini öyrədir və bizləri cəmiyyət arasında təşkil olunan tədbirlərə çağırılmayaq deyə torbada “pişik” varmış kimi hərəkət edirlər. Mənim bəzi dostlarım belə şeylərdən incimirlər, amma onların “kəlpaça” adamlar olduğuna məəttəl qalırlar. Torbaya girən bu yırtıcı “pişik”lər Gürcüstanda azərbaycançılıq ideyalarını möhkəmləndirmək və gücləndirmək əvəzinə ketdikcə zəiflədirlər. Bunların hansı “pişik”lər sinifinə daxil olduğu barədə məlumatım yoxdur. Biz bəzi məclislərə çörək yemək üçün can atmırıq. Bizim məqsədimiz ölkəmizdə dostluğu, qardaşlığı gücləndirməkdir. Bir də görürsən ki, illərin dostluğu qəflətən pozuldu, dostun sənə heç salam da vermir. Mən Azərbaycanın Əməkdar jurnalist kimi Azərbaycan və Gürcüstan arasında ömrüm boyu dostluğu daha da möhkəmləndirən bir yazar kimi qələmimi saflığa, hər iki ölkənin tarixi dostluğunun, yüksəlişinin daha da ucalığa doğru sevinclə addım-addım canlandırmağa çalışıram.
Bu "Myayu" adlandırılan “pişik”lərin miyoltusu mənim vecimə də deyil. İt hürər, karvan keçər. Onlardan bəzilərini mənim bu il nəşr olunmuş kitablarımın təqdimatına da dəvət etdik. Təəssüf ki, bu üzdəniraq adamlar çıxışlarında gopa basdılar və onların çıxışlarını indi açıqlamıram. Onların içində olan anaş “pişik” indi də azərbaycançılıq ideyalarını pozmağa can atır. Təəssüf ki, o, bizim aramızda yaşamaqdadır və qara fikirlərini yaymağa çalışır və bəzən onun tilovuna bəzi “balıq”lar düşür. İstədim ki, bu barədə heç yazmayım, amma anaş “pişik” barədə mütləq ətraflı yazmaq istəyirəm. Onun yanında miyoldayanları da yadımdan çıxarmayacam. Haram olsun ona ki, vaxtilə jurnalist kimi onuun təyin olunduğu vəzifələrdə gördüyü işlərdən ətraflı yazmışam. Bilin ki, mən həqiqəti yazan jurnalistəm. Bu il qələmə aldığım kitablar isə Azərbaycanımıza həsr olunub. Mənim ürəyimdə o qədər saf bulaqlar çağlayır ki, onun gözəlliyini yazmaqla bitməz. Bu günlərdə 7 poemadan və bir çox şeirlərdən ibarət kitabımı da nəşr etdirəcəyəm. Sözsüz ki, qələmimin və istedadımın gücü ilə sevincimin üstünə sevinc bəxş edəcəm! İnşallah, mətbuat səhifələrdə oxuyacaqsınız!
Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti
GAXA.ge