Daxili İşlər Nazirliyi: polislərə naməlum obyektlərdən atəş açılır, bir polis yaralanıb

"Rustaveli prospektində, parlamentin qarşısında davam edən aksiya ilə əlaqədar Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları səfərbər edilərək ictimai asayişi qoruyurlar". GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. 

“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aksiya iştirakçılarına onların etirazının qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmaması ilə bağlı çoxsaylı müraciətlərə baxmayaraq, toplaşanların bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə üz-üzə gəlib, onları şifahi təhqir ediblər. Bildirilib ki, işıqlandırma fənərləri və digər avadanlıqlar zədələnib, həmçinin elektrik naqilləri yandırılıb. Polislərə naməlum əşyalar atılıb, bir polis yaralanıb.

Mitinq iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırırıq. Əks halda, Daxili İşlər Nazirliyi ona qanunla verilmiş mandat çərçivəsində fəaliyyət göstərəcək və Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərdən istifadə edəcək”, - deyə dərc olunmuş məlumatda bildirilir.

GAXA.ge