Marneulidə Aĝ və Qara Harmoniyası adlı rəsm əsərlərinin sərgisi təşkil edilib

Bu gün Marneulidə fəaliyyət göstərən "Tea House"- də (Çay Evi") ndə rəsm kursu üzvlərinin açıq havada "Aĝ və Qara Harmoniyası" adlı rəsm əsərlərinin sərgisi təşkil edilib. GAXA-nın məlumatına görə, sərgidə "Tea House" rəsm kursu üzvlərinin sadə qələmlə işlənilmiş 40- a yaxın əl iṣləri sərgilənib.

Məlumata görə, tədbiri "Tea House"- də "İnkişaf və Təhsil Mərkəzi" nin rəhbəri Emin Əhmədov açaraq gənclərə rəssamlıq peşəsinin əldə edilməsində uğurlar arzulayıb.

Sərgi "Tea House"də rəsm müəllimi, gənc rəssam Emilya Hüseynovanın rəhbərliyi ilə təşkil edilib.

Tədbir çərçivəsində gənc rəssamlar xüsusi hazırlanmış kətan üzərində kömürlə sərbəst mövzuda müxtəlif rəsmlər çəkiblər.

Sərgidə əsas məqsəd bölgədə incəsənətin inkişafı, rəssamlığa marağın artırılması və rəsm çəkməklə yeni məşğul olan yeniyetmə və gəncləri həvəsləndirmək olub.

Tədbirdə gənc fəallardan Rania Kərimova rəsm, Emin Məmmədov informasiya texnologiyaları və Emin Binnətov futbol sahəsində qazandıqları uğurlar və könüllü fəaliyyətlərinə görə hədiyyələrlə təltif olunublar. Sonra sərgi iştirakçıları rəsm əsərlərinə baxış keçiriblər.

GAXA-nın məlumatına görə, Tea House-də gənclərin inkişafı üçün fəaliyyətdə olan layihə SOCAR tərəfindən maliyələşir və 2012-ci ildən fəaliyyətdədir. Mərkəzdən bu günə gədər 12 000 dən çox uşaq, yeniyetmə və gənc faydalanıb.

GAXA.ge