İrakli Kobaxidze: Biz Avropa İttifaqına doğru irəliləməyə davam edəcəyik

"Biz Avropa İttifaqına doğru irəliləməyə davam edəcəyik, lakin biz heç kimin bizi daimi şantaj və manipulyasiya rejimində qoymasına icazə verməyəcəyik ki, bu da ölkəmizi və cəmiyyətimizi tamamilə təhqir edir". GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünən "Gürcü Arzusu" ofisində keçirilən brifinqdə bildirib.

"Biz Avropa İttifaqına doğru irəliləməyə davam edəcəyik, lakin biz heç kimin bizi daimi şantaj və manipulyasiya rejimində qoymasına icazə verməyəcəyik ki, bu da ölkəmizi və cəmiyyətimizi tamamilə təhqir edir", - Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Gürcü Arzusu" ofisində keçirilən brifinqdə bildirib. Kobaxidzenin sözlərinə görə, hökumət bugünkü qərarın Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşmasına mühüm töhfə verəcəyinə inanır.

“İnanırıq ki, bugünkü qərarımız Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşmasına mühüm töhfə verəcək. Biz Avropa dəyərlərindən tamamilə məhrum olan müvafiq Avropa siyasətçilərinə və bürokratlarına başa salmalıyıq ki, Gürcüstanla şantaj və təhqirlə deyil, ləyaqətlə danışmalıdırlar.

Danışıqların başlanması məsələsindən cəmiyyəti parçalamaq və manipulyasiya etmək aləti kimi istifadə etmək Aİ-nin Gürcüstanda nüfuzuna ciddi zərbə vurur. Bugünkü qərarımız gələcəkdə Aİ-nin bu nüfuzuna zərərin qarşısını alacaq. Sonda bir daha cəsarətlə qeyd etmək istərdik ki, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzv olmağa bütün namizəd ölkələrdən daha çox hazır olacaq. Gürcüstan yalnız sülh, ləyaqət və firavanlıqla Avropa Birliyinə üzv olacaq. Bu, gürcü xalqına verdiyimiz vəddir və biz bunu mütləq yerinə yetirəcəyik”, - deyə İrakli Kobaxidze bildirib.

GAXA.ge