Marneulidəki Çay Evində Milli Kəlağayı Güşəsi açılıb
26 noyabr 2024-cü il tarixində "İnkişaf və Təhsil Mərkəzi" və "Mirvarid Dilbazi Poeziya Məclisi"nin təşkilatçılığı ilə "Tea House"da (Çay Evində), Milli Kəlağayı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə "İnkişaf və Təhsil Mərkəzi" nin rəhbəri Emin Əhmədov öz çıxışında Milli Kəlağayı Günüylə bağlı iştirakçıları təbrik edib, bu günün Azərbaycandan kənarda qeyd edilməsinin incəsənətin təbliğində böyük rol oynadığını vurğuladı və "Kəlağayı Güşəsi"nin gələcək fəaliyyətindən danışdı. Daha sonra, "Mirvarid Dilbazi Poeziya Məclisi"nin, Gürcüstan üzrə nümayəndəsi Nurlana Məmmədova və Savalan Osmanlı çıxışlarında milli mədəni dəyərlərin qorunmasının önəmi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışdılar. Daha sonra, Səmra Həsənova və Aminə Əhmədova Azərbaycan kəlağayısının növlərindən və qədim tarixi haqqında geniş məlumat verdilər. Tədbirin aparıcılığı Arzu Əliyeva tərəfindən edildi. Yekunda, "Tea House"da (Çay Evində) yaradılan "Milli Kəlağayı Güşəsi"nin açılışı oldu.
İştirakçılar güşədə kəlağayı sənətinə həsr olunmuş kitablar, 50 ədəd qədim və müasir kəlağayılarla tanış oldular.
Məlumat üçün:
"Milli Kəlağayı Güşəsi", "Mirvarid Dilbazi Poeziya Məclisi" və "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə fəaliyyət gostərəcək. Güşənin məqsədi, kəlağayı sənətinin təbliği və gənclərin məlumatlandırılmasıdır.

GAXA.ge