Türkiyə İsraillə bütün əlaqələri kəsir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, onun ölkəsi İsraillə bütün əlaqələri kəsir. Ərdoğan buna səbəb kimi “Qəzzada davam edən soyqırımı” və “rejimin Livanla ölümcül müharibəsini” göstərir.

“Türkiyə Cümhuriyyəti hökuməti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında İsraillə əlaqələri davam etdirməyəcək və inkişaf etdirməyəcək. Hakim koalisiya İsraillə münasibətləri kəsmək qərarında qətidir və biz bu mövqeyimizi gələcəkdə də qoruyacağıq”, - Ərdoğan Səudiyyə Ərəbistanı və Azərbaycana səfərlərindən sonra deyib.

GAXA.ge