Marneulidəki Çolakaşvili 3 küçəsində yaşayan bina sakinlərinin bizə söylədikləri həqiqət...
Yenə də köhnə hamam, köhnə tas! (Felyetonvari yazı...)
2022-ci ildə Marneuli bələdiyyəsinin 12 kəndində daxili yolların asfaltlanması planlaşdırılıb. GAXA-nın məlumatına görə, bunun üçün Regional İnkişaf Fondundan və yerli büdcədən ümumilikdə 4 214 418.79 lari məbləğində pul ayrılmışdı...
Təəssüf ki, Marneuli şəhərinin (əgər şəhər demək
mümkünsə) daxili yolları, həmçinin yaşayış binalarının yanındakı küçələrin
yarıtmaz olduğu barədə heç bir rəsmi aidiyyatı təşkilatlar ölçü götürmək
haqqında düşünmək istəmirlər. Bu küçələrdən biri də Marneulidəki Çolakaşvili 3
nömrəli yaşayış binası olan küçədir. Gürcüstan Azərbaycanlılarının Xəbər
Agentliyi (GAXA.ge)-saytı olaraq bildiririk ki, hazırda küçə yarıtmaz vəziyyətdədir.
Dəfələrlə əlaqədar təşkilatlara müraciət etmişiksə, bu yaxın aylarda və əvvəllər
də bina sakinləri yenə də yazılı şəkildə meriyaya kollektiv ərizə təqdim ediblərsə,
çox təəssüf ki, hələ də səs-səmir yoxdur.
İstər parlamentə deputatlığa namizədlərin
seçkilər vaxtı və yerli seçkilərə namizədlərlə görüş vaxtı maşınlara minib Çolakaşvili
küçəsinə səs toplamaq məqsədi ilə gələn namizədlərin seçicilərlə görüşü təşkil
olunurdu. Biz görüşlərdə tələblərimizi açıqlayanda namizədlərlə gələn əlaltılar
sanki bizdən inciyirdilər, bəziləri kimlərisə öyrədirdilər ki, çalışın namizədə
çox sual verməyin, birdən sizdən inciyə bilərlər!
Biz seçicilər onlardan heç bir şey istəmirdik,
sadəcə olaraq sosial şəraitimizi yaxşılaşdırmaq üçün küçəmizə asfalt örtüyü çəkilməsini
istəyirdik. Artıq hər şeydən əlini üzən sakinlər meriyaya tələb irəli sürürlər.
Dəfələrlə şahidi olmuşuq ki, Marneulidə yardımlar paylanılan zaman pensiyaçılar
hər dəfə yaddan çıxıblar, hətta kimsəsiz ailələrə də diqqət verən yoxdur. İşsiz
insanlar var ki, yardımla məşğul olan hansısa təşkilatların diqqətini cəlb
etmirlər.
Seçkilər zamanı təxminən 4 il bundan əvvəl
Çolakaşvili küçəsinə maşın-maşın qum gətirib tökdülər. İnanın ki, yaşadığımız
binanın sakinləri evlərindən maşınların gediş-gəlişinə, necə qum tökdüklərinə
baxıb sevinirdilər. Yaşlı təbəqələr, məktəbə su içindən keçib gedən məktəbli
uşaqlar da sevinirdilər ki, bizim küçəyə də asfalt örtüyü çəkiləcək!
Heyhat, ey büt! Hardadır asfalt, bir vaxt tökülən
qumdan da əsər-əlamət belə yoxdur. Halbiki, asfalt çəkən layihə rəhbəri bizə
bildirmişdi ki, üç aydan sonra küçənizə asfalt örtüyü çəkiləcək. İndi biz kimə
inanaq? Əlbəttə, heç kimə! Gəlin, gələn seçkiləri gözləyək! Görək, seçki vaxtı
küçəmizə bizimlə görüşə gələn namizədlər hansı üzlə bizim üzümüzə baxacaqlar!
Yaşayarıq, görərik! Yenə də köhnə hamam, köhnə tas! Sözsüz ki, bu dəfə də
çeçkiyə çıxmayan seçicilərin adı ilə bülleten doldurub seçki qutusuna doldurmaq
üstündə bashabas olacaq!
P.S. Bu yazıda 4 il bundan əvvəl Çolakaşvili 3
küçəsinə tökülmüş qumu və hazırda kəndlərə çəkilən asfalt örtüyünü görüb
Çolakaşvili küçəsindəki yaşayış binasının sakinlərinin arzu və istəklərinin
yerinə yetirilməsi üçün Allahdan büdcənin ayrılmasını "istəyən"
parlamentin deputatı olacaq Zaur Darğallını görürsünüz!
Yəqin ki, yaşadığımız Çolakaşvili 3 küçəsinə asfalt çəkilməsi gələcək seçkilərə qaldı! Sözsüz ki, yağış suları, sellər yaşayış binasının qarşısında dizə çıxacaq və binanın zirzəmisi sel suları ilə dolacaq! Çox təəssüf edirəm ki, hakimiyyət bizdən səs istəyir, bizsə onlardan asfalt çəkilməyi istəyirik! Yenə də sözümüzü, istəyimizi gələn seçkilərə saxlayaq! Başqa ümidimiz yoxdur!
Nizami Məmmədzadə, Əməkdar jurnalist
GAXA.ge