Gürcüstanın Mərkəzi Seçki Komissiyası bəzi seçki məntəqələrində bülletenləri yenidən sayacaq

Oktyabrın 28-də Gürcüstan Mərkəzi Seçki Komissiyası hər bir seçki dairəsi üzrə beş seçki məntəqəsinin bülletenlərinin yenidən sayılması barədə qərar qəbul edib. Məqsəd məlumatların yoxlanılmasıdır. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, artıq dairə komissiyaları püşkatma yolu ilə bülletenlərin yenidən hesablanacağı məntəqələri müəyyənləşdirib. Regionlarda səslərin yenidən sayılması saat 12:00-da başlayıb, Tbilisidə saat 17:00-a planlaşdırılıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası qalib gəlib. O, 53,92% səs toplayıb. Dörd müxalifət partiyası da beş faizlik baryeri keçib. Onlar seçkinin nəticələrini tanımaqdan imtina edib, seçilmiş parlamentin işində iştirak etmək niyyətində olmadıqlarını bildirib və təkrar seçkilərin təşkilini tələb ediblər.

Beynəlxalq müşahidəçilər seçki gününün ümumilikdə "səmərəli idarə olunduğunu", lakin gərginlik, prosedur uyğunsuzluqları və seçicilərə qarşı hədə-qorxu və təzyiq hesabatları ilə yadda qaldığını bildiriblər.

GAXA.ge