Havalar necə olacaq?
Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, oktyabrın 4-7-də Gürcüstanda nisbətən isti hava şəraiti gözlənilir, bu günlərdə əsasən yağmursuz keçəcək.
Qərbi Gürcüstanın sahilyanı rayonlarında - Batumi, Kobuleti, Anakliya və Potidə yağıntısız isti hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.
Tbilisidə hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) də yağıntısız isti hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) hava şəraitinin isti, yağıntısız olacağı gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) yağıntı gözlənilmir. Bu şəhərlərdə gündüz havanın temperaturu +23, +25 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) 4-7 oktyabrda da yağmursuz keçəcək, havanın temperaturu gündüz +22, +24 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Pasanauri) əsasən yağıntı yoxdur. Havanın temperaturu gündüz 20, 22 dərəcə isti, Şərqi Gürcüstanın dağlıq rayonlarında gündüz 15-17 dərəcə isti, yağıntısız olacaq.
GAXA.ge