Gürcüstan Daxili İşlər Nazirliyi:- Patrul polisi vətəndaşlara heç bir bildiriş göndərməyib

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 2-si səhər saatlarından Patrul Polisinin qaynar xəttinə vətəndaşlar tərəfindən elektron poçt ünvanlarına polis adından qəribə mesajlar daxil olması barədə zənglər daxil olub.
Gürcüstan Daxili İşlər Nazirliyi Patrul Polisindən heç bir mesaj göndərilmədiyini bildirir və vətəndaşları mümkün yalan xəbərlərə qapılmamağa çağırır.

Nazirlikdən onu da qeyd ediblər ki, bu hadisə Daxili İşlər Nazirliyinin müvafiq xidmətləri tərəfindən araşdırılacaq.

GAXA.ge