Xarkovda Rusiya qüvvələrinin hücumu nəticəsində biri uşaq olmaqla 7 nəfər həlak olub

Rusiya qüvvələrinin Xarkovda endirdiyi hava hücumunda 7 nəfər həlak olub. Ölənlər arasında bir uşaq da var. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Eyni məlumata görə, ölənlərlə yanaşı, yaralananlar da var.
Ukraynanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, 12 mərtəbəli yaşayış binasına düşən hava bombası dağıntılarla yanaşı yanğına da səbəb olub.

Belqorod şəhərinə də hava hücumu həyata keçirilib, nəticədə 3 nəfər həlak olub.
GAXA.ge