Era Teatrının açılışı olub

Gürcüstan paytaxtında "Era Teatrı"nın ofisinin açılışı olub. Tədbiri teatrın bədii rəhbəri Anar Rafiqoğlu açıb. Açılış tədbirində Azərbaycanın Gürcüstandaki səfiri Faiq Quliyev çıxış edərək “Era Teatrı”nın fəaliyyətindən, mədəniyyət və incəsənət sahəsinin önəmindən bəhs edərək, bu istiqamətdə fəaliyyət göstərən qurumlara hər zaman dəstək olmağa hazır olduğunu bildirib.

Səfirliyin birinci katibi Anar Rəsulov da teatrın fəaliyyətini dəstəklədiklərini ifadə edib və kollektivə uğurlar arzulayıb. Sonra teatrın əməkdaşları çıxış ediblər. Sonda “Era Teatrı”nın fəaliyyətinə həsr olunmuş sənədli film təqdim olunub.

Tədbirdə bildirilib ki, “Era Teatrı”nın yeni ofisinin maliyyə dəstəyi Azərbaycan səfirliyi tərəfindən qarşılanacaq.

GAXA.ge