Dostum Arif Əliyevin anım günündə səsləndirdiyim şeirlər...
Bu
günlərdə əziz dostum, rəhmətlik Arif Aslan oğlu Əliyevin 65 illiyinə həsr
olunmuş anım tədbiri keçirilib. Vaxtilə dostuma həsr etdiyim şeirləri oxucuların
nəzərinə çatdırmağı özümə borc bildim. Allah rəhmət eləsin, ruhu şad olsun!
Gözün aydın, gözəl elim Faxralı!
(Faxralı kənd orta məktəbunə Arif Əliyevin adı verilərkən)
Gözün
aydın, Borçalımın hər günü,
Tarixləşir,
tarixləşir ad olur!
Nə
gözəldir günümüzün mənası,
Bu
mənada millətimiz şad olur.
Sinələrə
arzu, ümid yığılır,
Sabahımız
günəşlidir, ay ellər!
Sinələrdən
qəm-kədər də dağılır,
Şirin-şirin
nəğmə deyir bülbüllər!
Ömrümüzün
gözəl çağı bax, budur!
Gedən
gəlir, gələn bizə qonaqdır!
Borçalımız
igidlərin yurdudur!
Tarix
özü hər igidə ad qoyur!
Gözün
aydın, gözəl elim, Faxralı!
Yaşıl
yamac, gül-çiçəkli, qalalı...
Gözünü
aç, nəzər yetir tarixə,
Daha
Arif bu məktəbdə qalalı,
Gözün
aydın, gözəl elim , Faxralı!
22 iyul, 2013-cü il, Borçalı.
Dünyadan vaxtsız köçən dostum
Arif
Əliyevə
Sənin
ölən vaxtın deyildi, qardaş,
Bu
zülm, bu zillət haradan çıxdı?
Göyləri
bürüdü qara buludlar,
...
Şaqqıldayan şimşək haradan çaxdı?
Dağları
bürüdü yağış, çiskin, qar,
O
Gözəl dağında sənin evin var,
Qaldır
başın dostlar gəlib nə olar,
Onların
kədəri amandı, ahdı.
Yollara
baxıram şümşəd kimidir,
Şütüyür
maşınlar belədən-belə.
Sən
isə yoxsan, ey mehriban dost,
Biz
gələ bilmirik obaya, elə.
Dünya
yalançıdır, dünya vəfasız,
Bu
illər sinənə nə yazdı, qardaş.
Ömrün
dolanbac yolunda deyim,
Yenə
bilə-bilə biz azdıq, qardaş.
Könlümdə
sərasər kədərlər yatır,
Gözümdə
bu dünya qara geyinib.
Bir
də görəcəksən Nizami köçüb,
O
da bu dünyaya əlvida deyib.
Nizami
Məmmədzadə,
Azərbaycanın
Əməkdar jurnalisti,
AYB-nin
üzvü
GAXA.ge