Maqdalena Qrono Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi olacaq

Çexiyalı diplomat Maqdalena Qrono Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi təyin olunacaq. Bu barədə Çexiyanın Avropa İttifaqındakı daimi nümayəndəliyi X sosial şəbəkəsində məlumat yayıb.
“Siyasi və Müdafiə Komitəsi Maqdalena Qrononu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə daimi nümayəndəsi seçib. Formal olaraq onun namizədliyi Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənəcək. Sizi təbrik edir və yeni vəzifənizdə uğurlar arzulayıram”, - Çexiya nümayəndəliyi yazıb.

GAXA.ge