NATO-nun Vaşinqton Sammitinin Bəyannaməsi:- Biz Rusiyanı Moldova və Gürcüstandan qoşunlarını çıxarmağa çağırırıq

Biz Rusiyanı Moldova və Gürcüstandan qoşunlarını çıxarmağa çağırırıq. GAXA-nın məlumatına görə, bu barədə NATO-nun Vaşinqton Sammitinin Bəyannaməsində bildirilib. Şimali Atlantika Şurasının Vaşinqtonda keçirilən iclasında iştirak edən dövlət və hökumət başçıları NATO-nun Vaşinqton sammitinin bəyannaməsini dərc ediblər və orada Gürcüstanın da adı çəkilir.

“Biz Rusiyanı Moldova Respublikası və Gürcüstandan onların razılığı olmadan orada yerləşən bütün qüvvələrini çıxarmağa çağırırıq”, - bəyanatda deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, Rusiya dərhal müharibəni dayandırmalı və qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır. Bəyannamədə deyilir: “Biz heç vaxt Rusiyanın Ukrayna ərazisini, o cümlədən Krım da daxil olmaqla qanunsuz ilhaqını tanımayacağıq”.

GAXA.ge