ABŞ dövlət katibinin müavini Gürcüstandadır

ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeia Gürcüstandadır. GAXA-nın məlumatına görə, bu barədə ABŞ rəsmisi sosial şəbəkədə yazıb. 

"Salam! Biz Tbilisiyə Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və gürcü xalqına, o cümlədən azad və ədalətli seçkilər, birləşmək və ifadə azadlığı hüququna sarsılmaz dəstəyimizi vurğulamaq üçün gəldik”, - Uzra Zeia sosial şəbəkədə qeyd edib.