Bolnisidə SU-25 təyyarəsinin qəzaya uğradığı yerdə istintaq və prosessual hərəkətlər yekunlaşıb

Bolnisi rayonunda Gürcüstanın Müdafiə Qüvvələrinə məxsus Su-25 tipli uçan aparatının qəzaya uğradığı yerdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndələri istintaq və prosessual hərəkətləri başa çatdırıblar. Məlumata görə, bu barədə Müdafiə Qüvvələri Administrasiyasından məlumat verilib.
Müdafiə Qüvvələrinin və Daxili İşlər Nazirliyinin bölmələrinin nümayəndələri ərazini tərk ediblər. İş üzrə obyektiv həqiqətin üzə çıxarılması məqsədilə bir neçə hektar ərazidə 24 saat ərzində sübutların toplanması istiqamətində müvafiq işlər aparılıb. Məhkəmə-tibb ekspertlərinin iştirakı ilə qəza yerinə ətraflı baxış keçirilib. Hadisə yerində təyyarənin hissələri müəyyən edilib və qara qutu aşkar edilib. İstintaq çərçivəsində mühüm sənədlər götürülüb, şahidlər dindirilib.
Müdafiə Qüvvələri Administrasiyasından verilən məlumata görə, mühəndis-texniki ekspertizası təyin edilib, kimyəvi, ballistik və video-texniki ekspertizalar nəzərdə tutulub.
Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən Baş Prokurorluğun nəzarəti altında istintaq və prosessual hərəkətlər davam etdirilir. Hadisə ilə bağlı 401-ci maddə ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyi Müdafiə Qoşunlarının Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının pilotu, polkovnik-leytenant Kaxaber Zurabaşvilinin vəfatından bir daha dərin hüznlə kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına başsağlığı verir.

GAXA.ge