Putin Ərdoğanla görüşməkdən xoşbəxt olduğunu bildirib

“Biz mütəmadi olaraq ölkələrimiz arasında vəziyyətlə bağlı fikir mübadiləsi aparırıq” – Putin Ərdoğanla görüşməkdən xoşbəxt olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mütəmadi əlaqə saxlayır və onlar tez-tez dünyada mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparırlar.
“Sizi görməyə çox şadam, cənab Prezident. Biz sizinlə mütəmadi əlaqə saxlayırıq, ölkələrimiz arasında vəziyyət, regionda və ümumən dünyada vəziyyətlə bağlı mütəmadi olaraq fikir mübadiləsi aparırıq. Uzun müddətdir görüşmürük və şəxsi görüşdən çox məmnunam”, - Putin Ərdoğana müraciət edib.
GAXA.ge