İrakli Kobaxidze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə ilə müəyyən edilmiş əməkdaşlıq sahələrinə diqqət yetirilib. Söhbətdə ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi baxımından mövcud potensialdan istifadənin vacibliyinə toxunulub.
Tərəflər regiondakı mövcud vəziyyəti və təhlükəsizlik problemlərini müzakirə ediblər. Sülh və sabitliyin vacibliyi vurğulanıb. Hökumət başçısı Gürcüstanın təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə vermək üçün regionda konstruktiv dialoqu təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə turizm, mədəniyyət və təhsil sahələrində mövcud əməkdaşlıq və gələcək perspektivlər də müzakirə olunub.

GAXA.ge