Türkiyə-Gürcüstan oyunu 3:1 hesabı ilə başa çatıb

Almaniyada mübarizə əzmi ilə gərgin keçən Türkiyə-Gürcüstan oyunçuları arasında futbol oyunu 3:1 hesabı ilə Türkiyə futbolçularının qələbəsi ilə başa çatıb. Gürcüstan tərəfdən İlk qolu 32-ci dəqiqədə Gürcüstan millisindən Giorgi Mikoutadze hesabı bərabərləşdirib və Gürcüstanla Türkiyə arasında hesab 1:1 olub. 65-ci dəqiqədə Arda Gülər yarışmada uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirə bilib və rekorda imza atıb. Hesab:-- 2:1 olub. Məlumata görə, oyunda son nöqtəni 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub. Beləliklə, Türkiyə-Gürcüstan arasında gedən oyun 3:1 hesabı ilə Türkiyənin qələbəsi ilə başa çatıb. Məlum edək ki, çempionatda hər iki kommandanın fotbolçuları sonadək qələbə əzmi ilə mübarizə aparıblar.

Görüş Dortmunddakı "Siqnal İduna Park"da keçirilib. 

Qeyd edək ki, Almaniyada baş tutan futbol üzrə Avropa çempionatında azarkeşlər arasında qarşıdurma yaranıb və sektorlarda oyuna azarkeşlik edənlər bir-birilərinə müxtəlif əşyalar ataraq əlbəyaxa olublar. Matçda baş verən qarşıdurmaya polis müdaxilə edib və futbol azarkeşlərini sakitləşdiriblər.

Məlumat üçün bildirək ki, Gürcüstanın futbol üzrə milli komandası tarixdə ilk dəfə Avropa çempionatında çıxış edir. Xatırladaq ki, Türkiyə-Gürcüstan futbol oyunu 20:00-da başlayıb.

İyunun 22-də Gürcüstan millisi Hamburqda Çexiya, iyunun 26-da Gelzenkirxendə Portuqaliya millisi ilə qarşılaşacaq.

GAXA.ge