Tbilisidə Mixail Mesxi adına stadionda Gürcüstan-Türkiyə matçının yayımlanması üçün ekranlar quraşdırılacaq

Gürcüstan yığmasının azarkeşləri Gürcüstan millisinin Avropa çempionatında keçirəcəyi oyunların canlı yayımını Mixail Mesxi stadionunda izləyə biləcəklər. Hazırda stadionda altı böyük ekran quraşdırılır və stadiondan kənarda xüsusi zona yaradılır, - deyə paytaxt meri Kaxa Kaladze bildirib.

“Bu, gürcü azarkeşlərin çoxdan gözlədiyi gündür. Uşaqlar Avropa çempionatına getməklə bizə böyük sevinc bəxş etdilər. Hər bir gürcü azarkeş arzusunda idi ki, komandamız heç olmasa bir dəfə Avropa və ya Dünya Çempionatına çıxsın və bu gün bizim buna imkanımız var. Sabah milli komandanı birlikdə alqışlayaq. Uşaqlara uğurlar arzulayıram.

Mixail Mesxi Stadionunda davam edən işlərlə bağlı biz Futbol Federasiyası ilə birlikdə qərar verdik - Gürcüstanda qalan və Almaniyaya gedə bilməyən gürcü azarkeşlər Gürcüstan - Türkiyə matçının saat canlı yayımını izləmək üçün Mixail Mesxi stadionunda imkan əldə edəcəklər.

Stadiondan kənarda xoş mühit yaradılacaq və yemək məntəqələri yerləşdiriləcək... Mən bir daha oğlanlarımıza uğurlar və qələbələr arzulayıram”, - deyə Kaxa Kaladze bildirib.

Gürcüstanın futbol yığması Tbilisi vaxtı ilə saat 20:00-da Dortmund şəhərində Türkiyə yığması ilə qarşılaşacaq.

GAXA.ge