Müqəddəs Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirilib
Müqəddəs Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirilib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan müsəlmanları İdarəsi (GMİ) xeyriyyə aksiyası keçirib. 24News.ge saytının məlumatına görə, aksiya çərçivəsində QMİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbərliyi və üzvləri ehtiyacı olan ailələri ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Aksiya
çərçivəsində 7 baş iribuynuzlu heyvan kəsilib. Kəsilmiş qurbanlar Tbilisi,
Rustavi, Marneuli, Qardabani, Bolnisi, Laqodexi və Dmanisi rayonlarından olan
yüzlərlə ehtiyaclı ailəyə paylanılıb.
QMİ-nin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov bildirib ki, bayramlarda aztəminatlı, ehtiyacı olan ailələri ziyarət etmək, onların qayğıları ilə maraqlanmaq, onlara müxtəlif yardımlar göstərmək ənənəyə çevrilib.
Allah qəbul eləsin!
GAXA.ge
