Gürcüstan paytaxtında Qafqaz Evi: Regionda sülh və təhlükəsizlik mövzusunda dəyirmi masa baş tutub
Bu gün M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə dəyirmi masa keçirilib. GAXA-nın məlumatına görə, dəyirmi masanı M.F. Axundov adına Mədəniyyət Muzeynin direktoru Leyla Əliyeva açıb və mövzu haqqında qeyd edib ki, "Qafqaz Evi" regionda sülh və təhlükəsizlik" mövzusu bu gün bizim üçün çox vacibdir.
Sonra tədbir çərçivəsində böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olan və bu gün Azərbaycanda qeyd olunan 15 iyun-Qurtuluş Gününün yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Qarabağ uğrunda həlak olan şəhidlərimizin və eyni zamanda Abxaziyada həlak olan Gürcüstan vətəndaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Qafqaz Evi" regionda sülh və təhlükəsizlik" mövzusunda nəşr olunmuş kitabın da təqdimatı baş tutub. Tədbirdə "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bu gün M. F. Axundov adına Mədəniyyət Muzeyində dəyirmi masanın "Qafqaz Evi" layihəsi haqqında ətraflı məlumat verib və məruzə ilə çıxış edib. O, çıxışında Qafqaz regionunun böyük coğrafi məkan olduğunu və buraya müxtəlif şirkətlərin marağı olduğunu bildirib. Artıq Azərbaycan öz torpaqlarını azad edib. Bizim üçün ən vacib məsələ sülhün təmin olunmasıdır. Düşünürəm ki, nəhayət sülh və təhlükəsizlik yaranacaq və biz təhlükəsizlik şəraitində yaşayacağıq.
Tədbirdə Azərbaycan səfirinin müavini Eldar Bayramov çıxış edərək bu gün Azərbaycan tarixinin Milli Qurtuluş Günü olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanda tarixən dövlətçilik qorunub. 19-cu illərdə Qafqazda birlik, sülh, maarifçilik işləri görüldüyünü bildirib. Şübhəsiz ki, bu bizim tariximizdir. Biz Qafqazda cümhuriyyət yarandığında biz bir idik, amalımız da bir idi. E. Bayramov Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadze ideyalarından da söhbət açıb. O, Heydər Əliyevin Gürcüstana rəsmi səfəri haqqında da məlumat verib və Qafqazda sülh və əməkdaşlıq bəyannaməsi haqqında və "Qafqaz Evi" layihəsi barədə deyilən təşəbbüslərdən və Qafqazda ədalətin bərqərar olmasından da danışıb.
"Bu gün biz arzulayırıq ki, Gürcüstan da öz ərazi bütövlüyünə qayıtsın. Qafqazda yalnız üç ölkə var. Qafqazda düz yolu göstərən Azərbaycan və Gürcüstandır. Bu layihədə biz istərdik ki, "Qafqaz Evi"nin yaradılması real olsun. Yaşasın Gürcüstan-Azərbaycan dostluğu",-deyə E. Bayramov çıxışını bitirib.
Tədbir çərçivəsində məruzəçi Əhməd Abbasbəyli “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Fuad Rzazadəni dəyirmi masa iştirakçıları ilə tanış edib. O, layihə ilə bağlı dəyirmi masada iştirak edən gürcü tarixçilərinə, elm və bilik adamlarına da təşəkkür edib.
Tədbirdə bu gün təqdimatı keçirilən kitabın gürcü dilinə tərcümə edilməsini də təklif edib. O, elmi tələblərə uyğun olaraq kitabın tərcüməsindən sonra "Qafqaz Evi"nin yaradılmasına gürcü dostlarımızın da yaxından qoşulacaqlarını bildirib.
İşğalçı fikirdə olanlar həmişə uduzublar, lakin gürcü və Azərbaycan xalqı heç vaxt müharibə istəyində olmayıblar.
Sonra Əhməd Abbasbəyli "Qafqaz Evi" tarixi barədə məruzə ilə fikir və təklifləini də bildirib.
Kitab və dəyirmi masada çıxış edən məruzəçilərin "Qafqaz Evi" barədə söylədikləri fikirlər və ideyalar tədbir çərçivəsində çıxış edən gürcü tarixçiləri tərəfindən bəyənilib.
Əhməd Abbasbəyli çıxışında qeyd edib ki, dəyirmi masanın Gürcüstanda keçirilməsi "Qafqaz Evi" ideyasına gürcü ictimaiyyətinin və alimlərin, cəmiyyət üzvlərinin fikir və təkliflərini öyrənmək, həmçinin təkliflərini dinləməkdir.
Tədbirdə çıxış edən İlham İsmayılov isə “Müasir dövrdə “Qafqaz evi” ideyasının perspektivləri və regionda sülh və təhlükəsizliyə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Çıxışlar çərçivəsində eyni zamanda diskussiya şəraitində maraqlı təkliflər də bildirilib. Diskussiyada tarixçi alim Quram Marxuliya, gürcü yazıçı-publisist, ictimai xadim İrakli Savliani və digər gürcü tarixçilər maraqlı təklif irəli sürüblər və kitab barədə öz rəylərini də açıqlayıblar. Dəyirmi masa iştirakçıları qərara gəliblər ki, "Qafqaz Evi" regionda sülh və təhlükəsizlik" mövzusunda üç dildə nəşr olunmuş kitabın ikinci hissəsi də gürcü tarixçilərin və elm adamlarının yaxından iştirakı ilə daha zəngin faktlar əlavə edilməklə nəşr olunsun.
GAXA.ge


