Müstəqillik Azərbaycana beynəlxalq jurnalistika da gətirdi
Müasir dövrdə Azərbaycanın artan nüfuzu hər bir
vətəndaşın qarşısında yeni tələblər və vəzifələr qoymaqdadır. İndi dünya
arenasında qazanılan uğurların daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi
jurnalistika, xüsusən də beynəlxalq jurnalistika sahəsində kadr hazırlığına
xüsusi diqqət tələb edir. Xüsusən də 44 günlük Vətən müharibəsində tarixi qələbədən
sonra bu sahədə aparılan işlərin vüsəti daha da artmış, vaxtilə təməli qoyulmuş
işlərin daha inamla davam etdirilməsi günümüzün actual məsələlərindən olmuşdur.
Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika və informasiya siyasəti
kafedrasının yaradıldığı vaxtdan keçən 20 il də bunu bir daha təsdiqləyir. Bu
barədə uzun illər həmin kafedraya rəhbərlik etmiş professor Həmid Vəliyevlə
müsahib olduq.
– 1990-cı ildə BDU-da yeni fakültə yaradıldı, – deyə Həmid
müəllim bildirdi. – Azərbaycan artıq müstəqillik yoluna qədəm qoyurdu və bu sahədə
kadrlara ehtiyac meydana çıxmışdı. Fakültə beynəlxalq münasibətlər və beynəlxalq
hüquq adlanırdı. Burada 3 ixtisas üzrə təhsil aparılırdı: beynəlxalq münasibətlər,
beynəlxalq hüquq və beynəlxalq jurnalistika. Birinci kurs yekunlaşdıqdan sonra
fakültədə beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrası
yaradıldı. Bu quruma zəngin təcrübəyə və biliyə malik kadr, əvvəllər Bakı Şəhər
Partiya Komitəsinin katibi və respublikanın təhsil naziri kimi yüksək vəzifələrdə
çalışmış, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli rəhbərlik edirdi.
Beynəlxalq jurnalistika şöbəsinə hər il 8–1 nəfər tələbə qəbul olunurdu. Fakültənin
ayrıca dillər kafedrasının olması tələbələrin müxtəlif dilləri, o cümlədən
Avropa və Şərq dillərini mükəmməl öyrənmələrinə şərait yaradırdı.
– Beynəlxalq jurnalistika şöbəsinin tələbələrinin ingilis,
fransız, alman və ərəb dillərini yaxşı bilmələri xarici ölkələrin kütləvi
informasiya vasitələrini yaxından izləmələrinə, hətta xaricdə təcrübə keçmələrinə
imkan verirdi.– beynəlxalq jurnalistika şöbəsinin beynəlxalq münasibətlər və
beynəlxalq hüquq fakültəsində yaradılması təsadüf idi, yoxsa...
– Əslində, beynəlxalq jurnalistika beynəlxalq münasibətlərin
tərkib hissəsidir. Şöbə 1999-cu ilə qədər fəaliyyət göstərdi və bu müddət ərzində
həm bakalavr, həm də magistr səviyyələrində yüksək biliyə, zəngin dünyagörüşünə
malik jurnalist kadrları yetişdirilirdi. Bu kadrlar ən nüfuzlu sahələrdə, o
cümlədən Xarici İşlər Nazirliyi sistemində özlərini lazımi səviyyədə göstərə
bildilər. XİNin məsul əməkdaşları Aybəniz Bayramova və Mətin Mirzə, AzərTAc-ın
Çin Xalq Respublikasında müxbiri Şahin Cəfərov, AzTV-nin Beynəlxalq əlaqələr
departamentinin rəhbəri lnar Məmmədli və başqaları belə kadrlardandır. AzTV
Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov,
jurnalistika fakültəsinin hazırkı dekanı, filologiya elmləri doktoru Vüqar
Əliyev, uzun illər BDU mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində
çalışmış siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Pərvanə İbrahimova,
filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova beynəlxalq jurnalist kimi
tanınmış kadrlardır. BDU-da fəaliyyət göstərən Rus mədəniyyət mərkəzinin rəhbəri
Arzu Məmmədova da kafedramızın üzvüdür. Bu ərəfədə fərəhli bir xəbər də aldıq:
Pərvanə İbrahimova Prezident Administrasiyasında məsul vəzifəyə götürülüb, Vəfa
İsgəndərova isə MDİA-nın Naxçıvan Regional İdarəsinin müdiri təyin edilib.
Yetirmələrimizdən Elnur Niftəliyev “ASAN xidmət” mərkəzinin
mətbuat şöbəsinə, Mehman Mehdiyev isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə rəhbərlik edirlər, Vüsalə Əliyeva
Report İnformasiya Agentliyinin Fransa müxbiridir. Uzun illər ANS TV-də fəaliyyət
göstərmiş eyla Tağıyeva doğma kafedranın yubileyini İstanbuldan təbrik edir.
Tövhə eynalova MSK-da, Natiq Pənahlı “Xəzər” televiziyasında məsul vəzifədə
çalışırlar. Məzunlarımızdan Cəsarət Hüseynzadənin, Fatma Hüseynovanın, Süsən
Quliyevanın xoş soraqları bizi sevindirir. Deməli, burada təsadüfi heç nə
yoxdur.
– Həmid müəllim, beynəlxalq
jurnalist kadrlarının hazırlanması nə dərəcədə vacibdir Zəruri dərs vəsaitləri,
ədəbiyyatlar yetərlidirmi?
– Əlbəttə, ölkəmizi xaricdə, o cümlədən jurnalistika sahəsində yüksək səviyyədə təmsil edə biləcək kadrlara böyük ehtiyac var. Beynəlxalq jurnalistika kafedrası yaradıldıqdan sonra, yəni 20 il ərzində çox böyük işlər görülmüş, jurnalist təhsilinin səviyyəsinin yüksəldilməsinə, professor-müəllim heyətinin tapşırıqların yerinə yetirməsi sahəsində məsuliyyətinin artırılmasına nail olunmuşdur. Kafedranın üzvləri çox sayda dərsliklər, dərs vəsaitləri, metodiki tövsiyələr və proqramlar yaratmışlar. Həm bakalavr, həm də magistr səviyyələrində proqramlar lm və Təhsil Nazirliyinin və BDU-nun qrifləri ilə çap olunmuşdur. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mənim “Xarici ölkələrin jurnalistikası tarixi”, “Dünya informasiya agentlikləri”, “Beynəlxalq jurnalist təşkilatları”, “Mark Tven jurnalist kimi” dərs vəsaitlərim, professor Nəsir Əhmədlinin “ urnalistin nitq mədəniyyəti”, “Con Milton və onun “Aeropagitika” əsəri” dərslikləri, siyasi elmlər doktoru Sabir Məmmədlinin “Beynəlxalq jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi” və “Avropa Şurası və ATƏT-in media siyasəti” monoqrafiyaları, “Beynəlxalq jurnalistika media sistemində” və “Müstəqil Azərbaycanın mətbuat sistemi: təşəkkülü və inkişafı 1991- 2000” dərs vəsaitləri, dosent İlham Mazanlının “KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi” monoqrafiyası və “ urnalistika və müasir dövrün qlobal problemləri” dərs vəsaiti, dosent Pərvanə İbrahimovanın və filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərovanın həmmüəllifliyi ilə çap olunmuş “ urnalistika” dərsliyi, filologiya elmləri doktoru Vüqar Əliyevin “Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı” və “Media imperiyası” monoqrafiyaları çap edilmiş və elmi ictimaiyyət tərəfindən yüksək qarşılanmışdır. Siyasi elmlər doktoru, professor Sabir Məmmədlinin son illərdə apardığı tədqiqatlar göstərir ki, dünyanın hər yerində yaşayan türkdilli xalqların müasir jurnalistikasını öyrənmək çox vacibdir.
– Kafedranın xarici ölkələrlə əlaqələri durmadan genişlənir,
əməkdaşların və doktorantların elmi işləri həm ölkənin nüfuzlu elmi
jurnallarında, həm də xarici ölkələrdə çap edilir...
– Elədir. Son illərdə Misir Ərəb Respublikasının və ABŞnin
Azərbaycandakı səfirlikləri ilə diqqətəlayiq əlaqələr yaradılmışdır. Misirin məşhur
“Əl-Əxbar” qəzetinin baş redaktorunun müavini tələbələrimizə Misir mətbuatı
haqqında mühazirə oxumuş, səfirliyin Bakıdakı mədəniyyət mərkəzi jurnalistika
fakültəsinin müəllimləri və tələbələri üçün ərəb dilini öyrədən kurslar təşkil
etmişdir. Türkiyə universitetlərinin jurnalistika fakültələri ilə sıx əlaqələrin
yaradılması qarşılıqlı səfərlərin təşkilinə imkan vermişdir. Kafedranın
doktorantları AzərbaycanTürkiyə münasibətləri sahəsində elmi-tədqiqat işləri
aparmaqdadırlar. Qazaxıstanla münasibətlər yarada bilmişik. 2018-ci ildə
Qumilyov adına Yeni Avrasiya Universitetinin jurnalistika və politologiya
kafedrasının müdiri Ayazbi Beysenkulov kafedramızda olmuş və təcrübəmizi öyrənmişdir.
2018–2019-cu dərs ilinin birinci yarısında 8 nəfər qazaxıstanlı magistr tələbə
müəllimlərimizin mühazirələrini dinləmişlər. Bu, tələbə mübadiləsi üçün zəmin
yaratmışdır. Heç təsadüfi deyildir ki, cari dərs ilinin əvvəlində Qazaxıstanlı
Aliyə Abışova kafedramızın 1-ci kurs magistrantları sırasına qəbul edilmişdir.
Hər il magistratura şöbəsinə Çin Xalq Respublikasından gəlmiş 3-4 nəfər çinli tələbə
daxil olur. Onların dissertasiya işləri əsasən mətbuatda Azərbaycan–Çin münasibətlərinə
həsr edilir.
Beynəlxalq təşkilatlarla da
yaxşı əlaqələr qurulmuşdur. UNİCEF-in xətti ilə kafedranın 3 əməkdaşı
Rumıniyada və İrlandiyada elmi konfranslarda olmuş və bunun nəticəsi kimi “Uşaq
hüquqları və jurnalistika” bizdə də tədris olunmağa başlamışdır. Beynəlxalq
Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə əlaqələr yaratmağımız,
fakültədə yeni fənnin – “Beynəlxalq humanitar hüquq və jurnalistika” fənninin tədris
olunmasına şərait yaratmışdır.
– Kafedranın bugünü haqqında nə
deyərdiniz?
– Yeni yaradılanda cəmi 5 nəfəri birləşdirən beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının hazırda 11 üzvü var. Son 20 ildə kafedranın 3 üzvünün elmlər doktoru, 7 nəfərin fəlsəfə doktoru elmi adına yiyələnməsi, 13 nəfər doktorantın hazırlıq işlərinin davam etdirilməsi kafedrada zəruri elmi potensialın formalaşmasından xəbər verir. Bu, həm də beynəlxalq aləmdə jurnalist kadrlara olan ehtiyacın və ölkəmizin yüksələn nüfuzunun göstəricilərindən sayıla bilər.
– Çox sağ olun, doğrudan da, Azərbaycanın bugünkü
uğurlarını dünyaya tanıdan jurnalist kadrlara böyük ehtiyac var.
Müsahibəni hazırladı:
Namiq QƏDİMOĞLU
XQ