Gürcüstan paytaxtında Milli Qurtuluş Günü münasibətilə Ulu Öndərin abidəsi ziyarət edilib

İyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Tbilisidəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb, böyük şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. GAXA-nın məlumatına görə, tədbirdə Azərbaycan səfiri Faiq Quliyev, səfirliyin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, iş adamları, Diaspor Komitəsinin nümayəndəsi, Bakıdan gəlmiş qonaqlar, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

GAXA.ge