Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ziyarət edilib
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik
etdiyi nümayəndə heyəti Tbilisidəki Nabədat bağında görkəmli azərbaycanlıların
dəfn olunduğu panteonu da ziyarət edib. Dövlət Komitəsinin sədri Ramin Məmmədov
və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları - Fətəli Xan Xoyski, Həsən bəy
Ağayev, böyük ədiblər - Mirzə Fətəli Axundov və onun ailə üzvləri, Mirzə Şəfi
Vazehin məzarları üzərinə gül dəstələri düzüblər, onların xatirəsini ehtiramla
yad ediblər.
GAXA.ge

