Biz Gürcüstanın Sxinvali bölgəsində keçirilən qondarma tədbiri tanımırıq- Azərbaycan Xarici İşlər Nazirliyi
Biz Gürcüstanın Sxinvali bölgəsində keçirilən qondarma tədbiri tanımırıq. GAXA-nın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə X sosial şəbəkəsində məlumat yayıb.
No:251/24, "Gürcüstanın Sxinvali vilayətində keçirilən qondarma “parlament seçkiləri” ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edir və 9 iyun 2024-cü ildə Gürcüstanın Sxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni və onların nəticələrini tanımır.",- Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
GAXA.ge