ŞƏXSİYYƏTLƏR - Qeysər Kaşıyeva – Azərbaycanın ilk peşəkar qadın rəssamı

Şirin bəy  Birinci Dünya müharibəsində iştirak edən bir zabitdir, ADR dövründə ordunun formalaşmasında çox fəal iştirak edib, “Böyük Diviziya” heyətində vuruşub, 2-ci Qarabağ qoşununun komandirinin köməkçisi olub və döyüş meydanında yaralanıb, həyat yoldaşının sadiq dostu və qoruyucusu olur, lakin qısa müddətdə. 4 ildən sonra onu doğma kənddə dəfn edirlər, Qeysər xanım isə qucağında kiçik qızı ilə tənha qalır. Bəy ailəsi necə ki onu qəbul etmirdi, elə də heç vaxt qəbul etmir…

O, Bakıya qayıdır, qadınları maarifləndirməklə məşğul olur, heç olmasa qəpik-quruş qazansın deyə tikiş tikir, dərs verir, yeni yaradılmış dövlətin paytaxtının həmişəki kimi yaradıcı həyatında iştirak edir. Lakin Respublika da onun gözləri önündə dağılacaq və Azərbaycan Sovet İttifaqının dadlı tikəsi olacaq.

O, şöhrəti ta Hindistana qədər yayılan ilk Azərbaycan qadın jurnalı olan  “Şərq qadını” jurnalında illüstrasiyalar yaradır. 30-cu illərdə partiya işçisi Zülfüqar Seyidbəyli ilə tanış olur və sonra da onunla evlənir. Daha bir qızı  Lamiyə dünyaya gəlir. 8 il birgə ailə həyatından sonra Zülfüqar repressiyaya məruz qalır və güllələnir. İttifaqın maşını bununla kifayətlənmir və bir gün onun da arxasınca gəlir. Boynuna “xalq düşməninin arvadı” damğasını asaraq onu həbs edəcəklər, evini əlindən alacaqlar və yalnız 5 ildən sonra ona kağız verəcəklər: “bəraət qazanıb”. O, Bakıya dönəcək və yenə də rəsm çəkəcək. O, bunu etməkdən heç vaxt əl çəkmir. Onu sındırmağı bacarmadılar və adını ölkəmizin tarixindən silə bilmədilər. Bu gün onun rəsm əsərləri, eskizləri və bəzi şəxsi əşyaları Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda və Azərbaycan Teatr Muzeyində saxlanılır.

Məqalə 2020-ci ilin iyununda “Nərgiz” jurnalının www.nargismagazine.az saytında “Bloqlar” bölməsində dərc olunub. 

GAXA.ge