Gürcüstan sərhəd polisinə H 145 vertolyotu verilib

İkinci “H 145” vertolyotu Daxili İşlər Nazirliyinin sərhəd polisinə əlavə edilib. Qeyd edək ki, yeni, Avropa tipli “H 145” helikopterinin Gürcüstana daşınmasını Almaniyada “Airbus Helicopters” təlim akademiyasında tam hazırlıq keçmiş gürcü heyəti həyata keçirib.
2022-ci il dekabrın 19-da Daxili İşlər Nazirliyi Fransanın “Airbus Helicopters” şirkəti ilə üç “H145” helikopterinin alınması ilə bağlı müqavilə imzalayıb. Üçüncü helikopterin Gürcüstan tərəfinə 2024-cü ilin iyun ayına kimi çatdırılması planlaşdırılır.
GAXA.ge