Nikol Paşinyanı Taşir bölgəsinə aparan helikopter təcili eniş edib

Ermənistanın baş naziri Nikol Paşinyanı Taşir bölgəsinə aparan helikopter “Vandzora” stadionunda təcili eniş edib. GAXA-nın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat verib. Bildirilib ki, Nikol Paşinyanın əsas məqsədi helikopter ilə Ermənistanın Qazax ilə yaxın sərhəd bölgəsinə uçmaq imiş. 

Ermənistan mətbuatı qeyd edib ki, əlverişsiz hava şəraitində uçan helikopter məcburi şəkildə təcili eniş edib və eniş zamanı helikopterdə olan rəsmi şəxslər xəsarət almayıblar. 


Mətbuata açıqlama verən Nikol Paşinyan xalqa müraciət edərək bildirib ki, uçuş zamanı təcili eniş ediblər və hər şey qaydasındadır və yolumuza davam edirik".

GAXA.ge