İbrahim Rəisi kim olub?

İbrahim Rəisi ultra-mühafizəkar siyasətçi və din xadimi hesab olunub.

Məşhəd şəhərində doğulmuş Rəisi dini təhsil alıb və mühafizəkar ailədə böyüyüb.

O, 25 yaşında ikən Tehran prokurorunun müavini təyin edilib.

Daha sonra Tehranın prokuroru, sonra İranın Baş Təftiş Təşkilatının rəhbəri və məhkəmə hakiminin birinci müavini olub.

Helikopter qəzasından sonra xilasedicilər İran Prezidentini axtarır

Rəisinin bu gün qəzaya uğramış helikopterdən görüntüləri - video

2014-cü ildə, o, İranın Baş prokuroru təyin edilib.

2017-ci ildə Rəisi çoxları üçün gözlənilməz olsa da, prezidentliyə namizədliyini irəli sürüb, amma qalib olmayıb.

O, 2019-cu ildə ədliyyə orqanlarının rəhbəri təyin edilib.

Rəisi İslam Respublikası tarixində ən aşağı seçici fəallığının qeydə alındığı 2021-ci il İranın prezident seçkilərində qalib gəlib.

1988-ci ildə İran və İraq arasında səkkiz illik müharibə başa çatdıqdan sonra minlərlə məhbusun edam edilməsiylə əlaqədar ABŞ Rəisiyə sanksiya elan edib.

İbrahim Rəisi bu məsələdə rolunun olması ilə bağlı iddialara açıq cavab verməyib.

Bəziləri o dövrdə baş verənlərə görə, ona “qatil” ləqəbini qoşublar.

BBC Farsca yazır ki, bir çox iranlıya görə, İbrahim Rəisi Xameneyinin istəklərini yerinə yetirən biridir və buna görə də 2022-ci ildə keçirilmiş etirazlarda demək olar ki, ona qarşı şüarlar səslənməyib. Əsas hədəf Ali dini lider olub.

63 yaşlı Rəisi İranın ali dini lideri Ayətullah Əli Xameneyinin mümkün xələfi sayılıb. Belə ki, bəzi təhlilçilərə görə, o, Xameneyidən sonra onu əvəz edə bilərdi.

GAXA.ge