İran Prezidenti İbrahim Rəisinin dəfn mərasimi mayın 23-də Məşhəd şəhərində keçiriləcək
İran Prezidenti İbrahim Rəisinin dəfn mərasimi mayın 23-də ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək.
GAXA-nın Azərbaycan mətbuatına isinadən məlumatına görə, bunu respublikanın vitse-prezidenti, prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn mərasiminin təşkili komitəsinin rəhbəri təyin edilən Möhsün Mənsuri deyib.
O, IRIB TV-yə açıqlamasında Rəisinin dəfn mərasiminin cümə axşamı, axşam saatlarında İmam Rza məqbərəsində keçiriləcəyini bildirib.
Qeyd edək ki, İmam Rzanın məqbərəsi, şiələrin əsas ziyarətgahlarından biri Rəisinin doğma şəhəri Məşhəddə yerləşir.
GAXA.ge