Cüdo üzrə dünya çempionatının ilk günündə Gürcüstan millisi qızıl medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının ilk günündə Gürcüstan millisi qızıl medal qazanıb. GAXA-nın məlumatına görə, bu barədə jurnalist Serqo Kereselidze bildirib. Onun sözlərinə görə, cüdoçu Giorgi Sardalaşvili dünya çempionudur. O, 60 kq çəki dərəcəsində çempion olub.
"Giorgi Sardalaşvili müstəqil Gürcüstan tarixində ən gənc dünya çempionudur, o, 20 yaşında bu titulu qazanıb", - Gürcüstan Cüdo Federasiyasının məlumatında qeyd olunub.
Onun parlaq qələbəsi bütün Gürcüstanı sevindirib. Giorgi Sardalaşvili əslən Qax rayonundandır. Giorginin qələbəsi həm doğulduğu Samtatskaro kəndində (Dedoplistskaro bələdiyyəsi), həm də Azərbaycan Respublikasında xüsusi alqışlara səbəb olub.
Qeyd edək ki, Dedoplistskaro bələdiyyəsinin Samtatskaro kəndinin əhalisi iki hissədən ibarətdir - müsəlman Acarıstan ekomiqrantları və 1930-cu ildə Azərbaycan Respublikasından Kaxi rayonunun Koraqan kəndindən pravoslav gürcülər yan-yana yaşayırlar.
Giorgi Sardalaşvilini müstəqil Gürcüstan tarixində ən gənc yaşda dünya çempionu titulunu qazanması münasibətilə təbrik edir və ona Gürcüstanın rifahı naminə daha çox uğurlar əldə etməsini arzulayırıq.

Serqo Kereselidze, jurnalist

GAXA.ge