“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlayıb.

“3 ay müddətinə icra olunacaq layihənin məqsədi Türk dünyası ədəbiyyatında qəhrəmanlıq, vətənpərvərlik, mübarizə, birlik mövzusunda yazılmış əsərləri tədqiq edərək sistemləşdirmək, mövzunun çağdaş dövr ədəbi prosesdə təbliği-təşviqi məsələlərini aktuallaşdırmaqdır". GAXA-nın məlumatına görə, bu barədə “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı AZƏRTAC-a bildirib.

 

“Araşdırmalarımızın nəticəsi olaraq, çağdaş Türk dünyası yazarlarının qəhrəmanlıq və marş mövzusunda yazdığı poetik nümunələri toplamaq, keçirəcəyimiz silsilə tədbirlər vasitəsilə ədəbi, ictimai mühitdə təqdim etməkdir. Layihəni həyata keçiriləcəyi təqdirdə tədbirlər vasitəsilə mədəni-ədəbi mühitdə yeni bir motivasiya, canlanma yaranacaq, keçmişdən bu yana qəhrəmanlıq və çağdaş Zəfər tariximizə Türk dünyasında münasibət və onu vəsf edən yeni əsərlərin yazılmasına stimul veriləcəkdir. Eyni zamanda, tədbirlər çərçivəsində qəhrəmanlıq əsərləri yazan müəlliflərlə görüş-müzakirələr keçiriləcək, iştirakçı-yazar dialoqu ədəbi prosesə yeni rəy və təkliflər verəcəkdir.

Fikrimizcə, yaradıcı orta nəsil, gənclər, ədəbi-mədəni, elmi fəaliyyətlə məşğul olan qurumlar, ictimai, ədəbi-mədəni sektor nümayəndələri üçün layihənin nəticəsinin faydalı olacaqdır. Nəzərə alaq ki, hədəf olaraq yeni nəsil yaradıcı insanların, gənclərin auditoriyaları, ziyalılar seçilmişdir. Çoxəsrlik türk tarixində və yeni çağda mövcud olan qəh-rəmanlıq əsərləri indiyədək sistemli halda təqdim olunmamışdır. Ona görə də benefisiarların təfəkküründə, milli, ədəbi-mədəni, elmi düşüncəsində Türk xalqlarının ədəbiyyatında qəhrəmanlıq mövzusunda yeni yaradılan əsərlər, o cümlədən marşlar və onların hansı milli-mənəvi duyğulardan yarandığı barədə təsəvvürləri genişləndirməyə, dolğun şəkildə bilgiləndirməyə ehtiyac vardır. Bu mənada, layihənin nəticələri ilə ölkəmizdə formalaşmaqda olan gənclərin, ədəbi yaradıcılıqla məşğul olan yeni nəsil yazarların, elmi-ədəbi ictimaiyyətin və uyğun təsisatların faydalanması nəzərdə tutulub, -deyə İctimai Birliyin sədri bildirib.


GAXA.ge