Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin tələbələri beynəlxalq gimnastika festivalına qatılıb

27-28 aprel tarixində Tbilisi şəhərində 4-cü beynəlxalq “Tbilisi Gymnaestrada” festivalı keçirilib. Gürcüstanın müxtəlif bölgələrindən və Azərbaycandan ümumilikdə 900-dən çox gimnastın iştirak etdiyi festivala Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM-in) gimnastika kursunun təlimçisi İnessa Rodinanın da tələbələri qatılıb. 11 gimnastdan ibarət komanda festivalda iştiraka və qrup şəklində uğurlu çıxışa  görə medallarla təltif olunub.

Qeyd edək ki, GAİM-in gimnastika kursu 2019-cu ildən fəaliyyət göstərir. İlk dəfə olaraq 2023-cü ilin dekabr ayında Rustavi şəhərinin Kvemo-Kartli bölgəsində keçirilən yarışda mərkəzin tələbələri qrup rəqsində 1-ci yerin sahibi olub.

 GAXA.ge