Gürcüstanın müdafiə naziri Azərbaycanın səfiri və müdafiə attaşesi ilə görüşüb
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. GAXA-nın məlumatına görə, bu barədə gürcü mətbuatı xəbər yayıb.
Tanışlıq görüşündə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətindən danışıblar. Müdafiə naziri Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası da vurğulanıb.
Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştirak və hərbi təhsil istiqamətində əməkdaşlıq məsələlərinə diqqət yetirilib. Gürcü mətbuatı bildirilib ki, tədbirdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi olan polkovnik Fuad İbrahimov da iştirak edib.
GAXA.ge