İrakli Qaribaşvili Azərbaycan səfiri Faiq Quliyevlə görüşüb

“Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. GAXA-nın məlumatına görə, bu barədə “Gürcü Arzusu” partiyasıından bildirilib. Görüş çərçivəsində söhbətdə Gürcüstan və Azərbaycan arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri, iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə, eləcə də regionda gedən proseslərə toxunulub. 

Görüşdə regionda sülhün və sabitliyin vacibliyi vurğulanıb. Səfir Faiq Quliyev İrakli Qaribaşviliyə baş nazir olduğu müddətdə Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərinə görə təşəkkür edib.

Partiya sədri öz növbəsində Gürcüstan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib. 

GAXA.ge