Tsxaltubo şəhərində keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO 2024) Azərbaycandan gələn məktəblilər uğur qazanıblar

11-16 aprel tarixlərində Gürcüstanın Tsxaltubo şəhərində keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO 2024) məktəblilərimiz uğur qazanıb. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat bildirib. Məktəblilərimiz bu olimpiadada uğurla çıxış edərək 1 bürünc medal və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, nəticələrə əsasən Türkiyə Dəyanət Vəqfi – Bakı Türk liseyinin 11-ci sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin 9-cu sinif şagirdi Zəhra İbişova və Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova “Həvəsləndirici Mükafat”- a layiq görülüblər.

Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!

GAXA.ge