Qəzetçi
(Felyeton)
Qəzetçi qəzet yazana və nəşr edənə deyilir. Cəlil Məmmədquluzadə yazır ki, qəzetçi gərək heç kəsi özündən incitməsin! Allah sənə rəhmət eləsin, böyük ustad Mirzə Cəlil!
Biz də qəzet buraxmaq istəyirdik. Amma nə qədər yazır, pozuruqsa,
sona çatdıranda görürük ki, biz qəzet buraxa bilməyəcəyik. Çünki, çox adam bizdən
inciyəcək. Bu səbəbə bizə pul buraxan yoxdur ki, biz qəzet buraxaq və adımız, vəzifəmiz
qəzetçi olsun.
Mən bu sözləri gülməkdən ötrü yazdım. İnciməyin məndən. Mən yazmasam
da qəzetçiyəm. Çünki əlimdə qəzetçi olmağım haqqında diplomum var! Amma bəzilərinin
diplomu yoxdur və onlar qəzetçilikdən gənclərə dərs keçirlər. Amma deyirlər ki,
elə yazın ki, rəhbər şəxslər sizdən inciməsinlər. Qəzeti gərək elə yazasan ki,
alverçilər Ərəseyə mal aparanda pomidor yeşiklərinin altına sərməyə qəzet
tapılsın!))
Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti
GAXA.ge