Tbilisidə akademik Qoça Çoqovadzenin xatirə lövhəsinin açılışı olub
Tbilisinin İrakli Abaşidze küçəsi N20 ünvanında akademik Qoça Çoqovadzenin adını daşıyan xatirə lövhəsinin açılışı olub. GAXA-nın məlumatına görə, tədbir Tbilisi Şəhər Şurasının Təhsil və Mədəniyyət Komissiyasının təşəbbüsü ilə baş tutub.
Qoça Çoqovadze uzun illər Gürcüstan Texniki Universitetinin rektoru, UNESCO işləri üzrə Gürcüstan Milli Komissiyasının vitse-prezidenti, Rusiya və Çexiya universitetlərinin fəxri doktoru, bir çox beynəlxalq akademiyaların üzvü, diplomat, Gürcüstanın Fransa və İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri olub.
Bir çox nəsillər professor Qoça Çoqovadzenin dərslikləri ilə tərbiyə olunub. Onun monoqrafiyaları avtomatlaşdırılmış idarəetmə sistemləri sahəsində alim və mütəxəssislərin stolüstü kitablarıdır.
“Uzun illər böyük alim cənab Qoça Çoqovadze gələcək nəslin tərbiyəsinə, onların təhsilinə xidmət etmişdir. O, diplomatik xidmətində böyük uğurlar qazanıb və ölkəmizə, şəhərimizə verdiyi töhfə böyükdür və bu xatirə onun adını əbədiləşdirmək üçün edə biləcəyimiz ən kiçik işdir”, - Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze bildirib.
"Tbilisi Şəhər Şurasının Adlandırma və Simvolik Komissiyasının qərarı ilə küçəyə ötən il böyük alimin adı verilib. Məqsədimiz bütün ictimai xadimləri layiqincə qiymətləndirməkdir, xatirə lövhəsinin qoyulması bu məqsədə xidmət edir”, - deyə Kaxaber Labuçidze bildirib.
Xatirə lövhəsinin açılış mərasimində Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze, Şəhər Şurasının Təhsil və Mədəniyyət Komissiyasının sədri Kaxaber Labuçidze, Adlar və Rəmzlər Komissiyasının sədri Nino Vardosanidze, Gürcüstan Texniki Universitetinin rektoru Davit Qurgenidze, ailə üzvləri, professor Qoça Çoqovadzenin dostları və tələbələri iştirak ediblər.
GAXA.ge