Müdafiə Qüvvələrinin komandanı Türkiyə Respublikasının Gürcüstandakı səfiri ilə görüşüb

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbai ilə görüşüb.

Tərəflər ölkələr arasında strateji tərəfdaşlıq və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə Türkiyənin Gürcüstan Müdafiə Qüvvələrinin inkişafı prosesinə verdiyi dəstək, o cümlədən Türkiyənin hərbi təhsil, birgə təlimlər, ekspert, maddi-texniki və müxtəlif istiqamətlərdə verdiyi töhfələr, həmçinin NATO-nun Gürcüstan üçün baza paketinin (SNGP).həyata keçirilməsində göstərilən yardım qeyd edilib.

Mənbə:https://newsday.ge/

GAXA.ge