Xocalı Soyqırımını tanımağa çağırış!
Bu gün Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Gürcüstanda fəaliyyət göstərən "Azərbaycan Evi" təşkilatı və azərbaycanlılardan ibarət icma nümayəndəlikləri, müxtəlif QHT nümayəndələri, keçmiş deputatlar, ağsaqqal və gənclər, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri, ziyalılar, qəzetlərin redaksiyaları, ölkəmizdə fəaliyyət göstərən saytlar, ictimai-siyasi din xadimləri və digər icma nümayəndələri bəyanat qəbul ediblər.
"Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov GAXA-ya açıqlamasında bu ağır günlərdə qeyd etdiyimiz Xocalı soyqırımının ildönümü əzabını neçə-neçə insanlar tərəfindən anıldığını bildirib. O, qeyd edib ki, artıq Xocalı şəhəri igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində azad olunub. Biz indi sevinirik ki, Dəmir Yumruğun gücü ilə Xocalı şəhərində Azərbaycan Dövlət Bayrağı dalğalanır.
Biz, Gürcüstanda yaşayan azərbaycanlılar
milli vətənimiz - Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı əhaliyə
qarşı insanlığa sığmayan və misli görünməmiş qəddarlıq olan Xocalı soyqırımı ilə
bağlı Sizə çağırış edirik.
XX əsrdə Azərbaycana qarşı erməni
millətçiləri tərəfindən törədilmiş təkcə bir faktı göstərmək kifayət edir ki,
düşmənin necə məkirli olduğunu bütünlükdə dünya görsün.
1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı
alayının köməyi ilə 7 min nəfərə yaxın əhalisi olan Xocalını mühasirəyə aldı.
Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan
edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirdilər.
Bu soyqırım nəticəsində, rəsmi
rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri
qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində
- 8 ailə tamamilə məhv edilmişdir;
- 56 insan xüsusi ilə ağır işgəncələrlə
öldürülmüşdür;
- 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır;
- 25 uşaq hər iki valideynini itirmişdir;
- 130 uşaq valideynlərindən birini itirmişdir;
- 230 ailə öz başçısını itirmişdir;
- 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər
həddi-buluğa çatmamışlardır);
- 1275 insan əsir götürülmüşdür;
- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat
yoxdur.
Göründüyü kimi, Xocalı qətliamı
ötən əsrin vəhşəti və dəhşətidir. Belə tükürpədici hadisələr dünya
sivilizasiyasını və bəşər cəmiyyətini geri aparır. Bəşəriyyətin inkişafı naminə
bütün insani pisliklərə son qoyulmalıdır.
Dünyanın bir neçə ölkəsi tərəfindən
Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanmış və tanınmışdır. Bu vaxtadək
Çex Respublikası, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika,
Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın
qanunverici orqanları, həmçinin ABŞ-ın bir çox ştatı müvafiq qətnamələr qəbul
etmişdir.
Bununla da vətənimiz
Gürcüstanın aidiyyatı qurumlarına müraciətimizin nəzərə alınmasına böyük ümid bəsləyirik.
Azərbaycan əsilli vətəndaşlar ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında,
istənilən seçkilərdə fəal iştirak edir, siyasi baxışlarına görə öz namizədlərini
seçir və dəstəkləyir. Vətənimiz Gürcüstanın inkişafına bütün qüvvəmizlə xidmət
edirik.
Demokratiya, ədalət və insan
haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi, Xocalı soyqırımının parlamentdə
müzakirəyə çıxarılmasına çağırış edirik. Bu müzakirə, mandatı bitəcək parlament
tərəfindən ədalət naminə sülh qərarı olacaqdır.
Əminik ki, rahat və firavan
dünya naminə günahsız insanların-mülki əhalinin ölümünə səssiz
qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün
müvafiq addımlar atacaqsınız.
İnanırıq ki, XX əsrdə baş
vermiş bu qanlı hadisəyə obyektiv münasibət yeni cinayətlərin qarşısını
alacaqdır.
Biz, artıq “Terrora yox” şüarı
ilə deyil, “Dünyada sülh və barış” çağırışı ilə tədbirlər keçirilməsini istəyirik.
Bütün dünyanı bu qaranlıqdan işığa doğru səsləyirik.
Məqsədimiz odur ki, sülhə xidmət
yolunda hər kəs birgə addım atsın.
Hörmətli oxucular! Bəyanata imza atan ictimai təşkilatları sizə təqdim edirik:
- Gürcüstandakı Azərbaycan Evi
- Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyi
- “AZEBİ” Azərbaycanlı
İş Adamları Birliyi
- Gürcüstan Azərbaycanlılarının
Ağsaqqallar Şurası
- Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzi
- “QANUN” Hüquqi Yardım Mərkəzi
- “ALYANS” Gənclər Mərkəzi
- Gürcüstanın Aktiv
Azərbaycanlı Qadınlar Asossiyasiyası
- Ümum Gürcüstan Müsəlmanları
Ali Dini İdarəsi
- Qardabani İnteqrasiya və Təhsil Mərkəzi
- “VARLIQ” Mədəniyyət Mərkəzi
- “QEYRƏT” Xalq Hərakatı
- Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi (GAXA.ge)
- Gürcüstanın Lider Media Təşkilatı
- Gürcüstan Azərbaycanlıları Konqresi
- Təmiz Xəbər Media Təşkilatı
- Elmi Araşdırmalar Asossiyasiyası
- “SALAM” Mədəni Xeyriyyə Cəmiyyəti
- Gürcüstan Azərbaycanlı Jurnalisitlər Birliyi
- “UNİON” Gənclər Təşkilatı
- Yenidən Qurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz”
- Azərbaycanın Yazıçılar Birliyinin Gürcüstan Nümayəndəliyi
- Gürcüstanda Yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət
Mərkəzi
- Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi
- “SARVAN” Folklor Ansambılı
- Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Asossiyasiyası
- Marneuli Gənclər Mərkəzi
- Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı
- Borçalı İrəli İctimai Birliyi
- Rustavi Azərbaycanlılarının İctimai Təşkilatı
- Azərbaycanlıların Mədəniyyət Mərkəzi
- Bolnisi Mədəniyyət Mərkəzi
- M.F Axundzadə adına Mədəniyyət Asossiyasiyası
- Gürcüstan İslam Araşdırmaları Mərkəzi
- Borçalı İş Adamaları Birliyi
- Gürcüstan Həmrəylik Hərəkatı
- Gürcüstan Azərbaycanlılarının Gənclər Forumu
- MAARİF-in Hüquqi, Elmi Metodiki Maarfiləndirmə Mərkəzi
İttifaqı
- Böyük Birlik Təşkilatı
- Əhli-beyt Cəmiyyəti
- Qarayazı Dirçəliş İttifaqı
- Cəmiyyətin və Təhsilin İnkişafı üçün Vətəndaş Birliyi
- Sadaxlı Mədəniyyət Mərkəzi
- Rustavi Azərbaycanlılarının İctmai Birliyi
- Əmin Xeyriyyə Fondu
- Əhli-beyt Aşiqləri Forumu
- “Günəş” qəzetinin redaksiyası
- MAARİF jurnal qəzetinin redaksiyası
- “Ziya” qəzetinin redaksiyası
- Loğman Təşkilatı
- Yaradıcı Gənclər Akademiyası
- “Dalğa Tv” internet portalı
Bəyanata imza atan ictimai-siyasi və dini
xadimlər:
- Şeyx hacı Faiq Nəbiyev
- Gürcüstan Parlamentinin keçmiş deputatı Hidayət Hüseynov
- Gürcüstan Parlamentinin keçmiş deputatı Ramiz Bəkirov
- Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir Dərziyev
- Gürcüstan Parlamentinin keçmiş deputatı Azər Süleymanov
- Gürcüstan Parlamentinin keçmiş deputatı Ruslan Hacıyev
- Gürcüstan Parlamentinin keçmiş deputatı Əli Məmmədov
- Gürcüstan Rəssamlar İttifaqının üzvü Rizvan İsmayılov
- Professor Mahmud Kamaloğlu
- İmam Əli Məscidinin axundu Hacı Hacıyev
- İmam Hüseyn Məscidinin axundu hacı Əziz Nəbiyev
GAXA.ge


