Marneulidə Yaşıl dünya adlı ekologiya həftəsi çərçivəsində rəsm çəkmə aksiyası keçirilib

19 fevral 2024-cü il tarixində Marneulidə "Green World2024" (Yaşıl dünya) adlı ekologiya həftəsi çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə rəsm çəkmə aksiyası təşkil edilib. GAXA-nın məlumatına görə, aksiya "Tea House"- da "İnkişaf və Təhsil Mərkəzi"-nin təşkilatçılığı ilə keçirilib. Aksiya iştirakçılarına, ətraf mühitin təmizliyinin ekologiyaya və insan sağlamlığına təsiri haqqında məlumat verilib. Ekoloji problemə daha ciddi və məsuliyyətlə yanaşılmasının vacibliyindən danışılıb.
Aksiyada "Tea House" kurs iştirakçıları və "Borchalı Carpet and Art" rəsm kursunun azyaşlı üzvləri iştirak ediblər.
Yekunda iştirakçılardan əl işləri ilə fərqlənən Aidə Ömərova, Selin Xasməmmədova, Ayla Məmmədova və Yunis Məmmədov həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar. Tədbirdə həmçinin "Buta" rəqs qrupunun gənc üzvləri çıxış ediblər.
Məlumat üçün: həftə çərçivəsində ekoloji problemlər haqqında təlimlər və görüşlər keçiriləcək, müxtəlif fəallıqlar həyata keçiriləcək.
Həftə ərzində gənclər ekalogiyanın qorunması naminə etdikləri fəaliyyətlərini #GreenWorld2024 adı ilə sosial mediada yayımlayacaq və müsabiqədə iştirak edəcəklər. Həftənin yekununda gənclərin fəaliyyətləri dəyərləndirilib, həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaqlar.

GAXA.ge