İrakli Kobaxidze ilə İlham Əliyev arasında telefon danışığı olub
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
İlham Əliyev İrakli Kobaxidzeni baş nazir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İrakli Kobaxidze öz növbəsində İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə toxunulub.
GAXA.ge