Duşetidə piyadanı vuraraq gizlənən Daxili İşlər Nazirliyinin əməkdaşı həbs edilib
Duşetidə piyadanı vuraraq gizlənən Daxili İşlər Nazirliyinin əməkdaşı həbs edilib. Gürcüstan Prokurorluğu Duşetidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın ölümü ilə bağlı bir nəfəri həbs edib. GAXA=nın məlumatına görə, bu barədə Gürcüstan Prokurorluğu xəbər yayıb.
“Şida Kartli və Mtsxeta-Mtianeti rayon prokurorluqlarının istintaq bölməsi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, gecə saatlarında Duşeti şəhərinin girişində Daxili İşlər Nazirliyinin əməkdaşı T.B ona məxsus avtomobili idarə edərkən Gürcüstanın “Yol hərəkəti haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq, nəqliyyat vasitəsinin təhlükəsiz idarə edilməsini təmin etməmiş və piyadanı vurmuş, nəticədə piyada hadisə yerində ölmüşdür. Bundan sonra avtomobilin sürücüsü şəxsi həyati təhlükəsi olan vəziyyətdə qoyub və hadisə yerindən qaçıb.
T.B.-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi (bu nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya istismar qaydalarını pozma, insan ölümünə səbəb olduqda) və Gürcüstan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürüləcək. maddəsinə əsasən həbs qətimkan tədbiri seçib.
Prokurorluq təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, - deyə prokurorluğun yaydığı məlumatda bildirilir.
GAXA.ge