Gürcüstan Patriarxı İrakli Kobaxidzeni Baş nazir təyin olunması münasibətilə təbrik edib

Bütün Gürcüstanın katolikos-patriarxı II İliya İrakli Kobaxidzeni Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

“Cənab İrakli, Gürcüstanın Baş naziri təyin olunmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.
Bildiyiniz kimi, bu, çox şərəfli vəzifədir və eyni zamanda, xüsusilə çətin dövrümüzdə böyük məsuliyyətdir.
Allah nəsib etsin ki, işiniz Gürcüstana sülh, firavanlıq və gələcək uğurlar gətirsin.
Sizə Allahdan qorunmağı, millətimizə, ölkəmizə xidmətdə iştirak etməyi arzulayıram”, - deyə təbrik məktubunda bildirilir.

Xatırladaq ki, İrakli Kobaxidze fevralın 1-də “Gürcü Arzusu” konqresində baş nazirliyə namizəd kimi təqdim edilib. O, bu vəzifədə İrakli Qaribaşvilini əvəz edib.
Parlament İrakli Kobaxidze hökumətinə etimad göstərib. 84 deputat Nazirlər Kabinetinin yenilənmiş tərkibinin lehinə, 10-u əleyhinə səs verib.

GAXA.ge