Prezident seçildi Azərbaycana!
Prezident
seçildi Azərbaycana,
Onun
sevincinə çox sevindik biz!
Göylərə
ucaldı Haqqın gur səsi,
Ali kürsülərdən gəldi səsimiz!
Açın qapısını siz ürəklərin,
Sevincin
sədası dolsun qoy cana,
Dostlar,
təbrik edək xalqımı bu gün,
Prezident
seçildi Azərbaycana!
Könül
təranəsi ötdü ürəkdən,
Tükənməz
sinəsi arzu-diləkdən,
Hər
sözü, kəlməsi, Yolu İpəkdən,
Prezident
seçildi Azərbaycana!
Gələcək
zamanın güləcək üzü,
Uca
kürsülərdən dedi o sözü,
İnamın
dayağı, İlhamın özü,
Prezident
seçildi Azərbaycana!
Aləmə
car çəkək, ucalaq yenə,
Səsimiz
qarışsın Haqqın səsinə,
Yığışın
bayramın təntənəsinə,
Prezident seçildi Azərbaycana!
Heydər
babamızın arzu-diləyi,
Onun
vuran qolu, güclü biləyi,
İlhamdır
xalqımın xoş gələcəyi,
Prezident
seçildi Azərbaycana!
Nizami Məmmədzadə,
Azərbaycanın Əməkdar jurnalisti
GAXA.ge