Zelenski sentyabrın 21-də Ağ Evdə Baydenlə görüşəcək
Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 21-də Ağ Evə səfər edərək ABŞ prezidenti Co Baydenlə görüşəcək. Unian bu barədə Bayden administrasiyasının milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın bəyanatına əsasən xəbər verir.
Sallivanın sözlərinə görə, Zelenskinin Baydenlə görüşü Ukrayna üçün “kritik məqamda” baş tutacaq. Rusiya genişmiqyaslı müharibə aparmaq üçün Şimali Koreyadan kömək almağa çalışarkən.
Məlumat üçün bildirək ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra (2022-ci ilin fevralından) bu, Zelenskinin Baydenlə dördüncü görüşü olacaq. Siyasətçilər sonuncu dəfə iyulda Vilnüsdə keçirilən NATO sammitində şəxsən görüşüblər.
GAXA.ge