Azərbaycan hərbi qulluqçuları Gürcüstanda beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan
Ordusunun hərbi qulluqçuları Gürcüstan paytaxtında “Agile Spirit 2023” çoxmillətli
hərbi təlimində iştirak edirlər. GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına
görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda
bildirilib ki, taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri
iştirak edirlər.
Beynəlxalq təlimdə
əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin
edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin
bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edək ki,
çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil edilir.
GAXA.ge