Avropa Universitetində multikultural festival keçiriləcək

İyulun 28-də saat 20:00-da “Avropa Universiteti” tələbə yataqxanasının həyətində multikulturalizm festivalı keçiriləcək. Festivalda 70-dən çox ölkənin nümayəndəsi iştirak edəcək. “Avropa Universiteti”nin beynəlxalq və yerli tələbələri böyük səhnədə müxtəlif millətlərin musiqi və rəqs nömrələri ilə çıxış edəcəklər.Tədbirin aparıcısı Tika Fatsatsia olacaq.

Festivalda “Avropa Universitetinin xoreoqrafik ansamblı, “Excellent” estrada qrupu və EU Band iştirak edəcək.

Ünvan: İrina Enukidze küçəsi N5 A, “Avropa Universiteti” tələbə evi. 

Əlaqədar şəxs: Laura Papasqua - 595801587

GAXA.ge